Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Peşə liseylərinə keçiriləcək imtahanlarda iştirak edənlərlə bağlı məlumatlar “Şagird-Məzun elektron məlumat sistemi”nə daxil edilib


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən martın 17-də peşə liseylərində keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlər haqqında məlumatların "Şagird-Məzun elektron məlumat sistemi"nə daxil edilməsi martın 5-də saat 17:00-da başa çatıb.

Komissiyadan verilən məlumata görə, yekun olaraq 4934 nəfər şagird haqqında məlumat sistemə daxil edilib. Onlardan 15 nəfəri qeyri-kafi qiymət aldıqları və ya uzun müddət təhsildən yayındıqları üçün imtahana buraxılmayacaqlar.

İmtahanda iştirak edəcək şagirdlər imtahana buraxılış vərəqələrini yaxın günlərdə "Şagird-Məzun elektron məlumat sistemi"ndəki səhifələrinə daxil olaraq çap edə biləcəklər.

Eyni zamanda peşə liseylərinin məsul şəxslərinə də imtahana buraxılış vərəqələrini çap etmək imkanı yaradılacaq.

HƏQİQƏT




06/03/13    Çap et