Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

32 qramlıq mobil telefon təqdim edilib


Yaponiyanın "Willcom" mobil operatoru 32 qramlıq mobil telefon təqdim edib. İstehsalçılar bildirir ki, bu qurğu dünyanın ən kiçik və yüngül mobil aparatıdır.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Phone Strap 2" adlanan telefonun ölçüləri 70x32x10,7 millimetr təşkil edir. Aparat rəqəmli klaviatura və bir düymlü rəngli ekranla təchiz edilib. "Phone Strap 2" mobil telefonunda daxili kamera olmasa da, lakin infraqırmızı port mövcuddur. "Phone Strap 2" mobil telefonu ilə zəng etmək və həm elektron poçt, həm də SMS vasitəsilə elektron yazışma həyata keçirmək olar.

Lakin akkumulyator batareyasının tutumu yalnız ikisaatlıq danışığa kifayət edir. Aparat yalnız Yaponiyada istehsal ediləcək.

Cəmisi 12 min ədəd mobil telefon buraxılacaq. "Phone Strap 2" mobil telefonunun qiyməti hələlik açıqlanmayıb. "Ginnesin rekordlar kitabı"na əsasən, çəkisi 40.3 qram olan "sWaP Nova" dünyanın ən yüngül sensor ekranlı telefonudur.

Emil Hüseynov




06/03/13    Çap et