Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Galaxy S4” ən məhsuldar “ağıllı” telefon olacaq
Cənubi Koreyanın “Samsung” şirkəti yeni “Galaxy S4” “ağıllı” telefonunu təqdim edəcək. Təqdimetmə mərasimi ABŞ-ın Nyu-York şəhərində keçiriləcək. Ötən bazar yeni aparatın bir sıra xüsusiyyətləri “AnTuTu” testində nümayiş etdirilib.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, testin nəticələrinə əsasən, “Galaxy S4” müasir günümüzün ən məhsuldar cihazı olacaq. O, 1,8 QHs takt tezlikli səkkiznüvəli “Exynos Octa 5410” prosessoru, iki qiqabayt əməli yaddaş və “PowerVr SGX 544MP” qrafik prosessoru ilə təchiz edilib.
Bundan başqa, qurğu iki kamera (2,1 meqapiksel təsvir ölçüsünə malik ön və 30 meqapikselli əsas) ilə təchiz edilib.
Əgər “AnTuTu” testinin nəticələrinə inansaq, “Galaxy S4” "qlobal" “ağıllı” telefon olacaq, yəni ki onun Avropa və ABŞ üçün ayrıca versiyaları olmayacaq, çünki cihaz ikinci, üçüncü və dördüncü nəsil şəbəkələri dəstəkləyir. Yaddaş həcmi 32 və 64 qiqabayt təşkil edəcək.
Emil Hüseynov
06/03/13 Çap et