Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın Elektron Xidmətlər Portalına daha bir e-xidmət əlavə edilib


“e-Gov” Elektron Xidmətlər Portalına dövlət qurumlarının yeni elektron xidmətlərinin inteqrasiyası prosesi davam etdirilir.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portala əlavə edilən növbəti e-xidmət Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasına məxsusdur.

Belə ki, artıq komissiyanın göstərdiyi dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu xidməti istifadəyə verilib. Sözügedən elektron xidmət vasitəsilə dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin quruma təqdim olunması həyata keçirilir.

CAHANGİR




06/03/13    Çap et