Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elmir Vəlizadə: Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi üzrə işlər əsasnamədəki kimi aparılır


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi üzrə işlər əsasnamədə nəzərə tutulan kimi aparılır. Bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Qeyd edək ki, Mərkəzin fəaliyyətinə direktor rəhbərlik edir. Mərkəzin direktoru və onun müavini Azərbaycan rabitə və informasiya texnologiyaları naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

E.Vəlizadənin sözlərinə görə, mərkəzin 10-dan çox əməkdaşı olacaq.

E.Vəlizadə bildirib ki, Mərkəz artıq mart ayında fəaliyyətə başlaya bilər, çünki onun fəaliyyəti üçün, demək olar ki, çox şey hazırdır və yalnız Əsasnamənin təsdiqi gözlənilirdi.




06/03/13    Çap et