Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Sərhəd Xidmətinin yeni elektron xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib


Dövlət Sərhəd Xidmətinin ikinci elektron xidməti "Elektron hökumət" portalı vasitəsilə vətəndaşların istifadəsinə verilib. Yeni elektron xidmət "Dövlət Sərhəd Xidmətinə qəbul olmaq üçün müraciətin və sənədlərin qəbulu" adlanır.

Xidmətin istifadəsinə gəlincə, vətəndaşın şəxsiyyət vəsiqəsindəki məlumatlar onun Fərdi İdentifikasiya Nömrəsi (PİN) əsasında avtomatik olaraq sistem tərəfindən çıxarıldıqdan sonra istifadəçi qurum tərəfindən tələb olunan vacib məlumatları anketə daxil edərək sorğusunu göndərə bilər.

Tələb olunan məlumatlar içərisində vətəndaşın fotoşəkli, elmi dərəcəsi, elmi adı, hərbi qulluqçu və ya vəzifəli olub-olmaması, xarici dili bilmə səviyyəsi, xarici ölkə vətəndaşları ilə əlaqələri və s. nəzərdə tutulub.

HƏQİQƏT




06/03/13    Çap et