Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Onlayn qeydiyyatı Azərbaycanda domen adlarının sayına təsir edəcək


Azərbaycanda bu günə qədər 17134 domen adı qeydə alınıb və onların sayının bu il ərzində artımı gözlənilir. Milli domenlərin tənzimləyicisi olan “İntrans” şirkətinin rəhbəri Faiq Fərmanovun “ICTnews”a verdiyi məlumata əsasən, bu il domen adlarının artım tempinin yüksələcəyi gözlənilir.

«Buna ölkədə müşahidə olunan internetin ümumi inkişafı ilə yanaşı, domen adlarının onlayn qeydiyyatı səbəb olacaq. Son illər ərzində qeydiyyata alınan domen adlarında orta hesabla 35-40% səviyyəsində artım müşahidə edirik. Cari ildə bu göstəricinin daha da artacağını demək olar».

AYNUR




06/03/13    Çap et