Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” şirkəti Yaponiyanın elektronika istehsalçısına milyonlarla sərmayə qoyub
Yaponiyanın “Sharp” elektronika istehsalçısı Cənubi Koreyanın “Samsung Electronics” korporasiyasında 111.6 milyon dollar həcmində investisiyanı qəbul etməyə razılaşıb.
Bu barədə şirkətin nümayəndələri bildirib. “ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, sazişə əsasən, Cənubi Koreya şirkəti Yaponiyanın “Sharp” şirkətinin səhmlərinin 3%-nə sahiblənəcək.
“Sharp” şirkəti, həmçinin “Samsung”la birlikdə yeni texnologiya istehsalına başlamaq niyyətindədir. Bu texnologiya “LCD” displeydə əks olunan təsvirin keyfiyyətini yüksəldəcək.
Emil Hüseynov
07/03/13 Çap et