Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində “Milli genişzolaqlı internetin inkişafı” layihəsinə həsr olunmuş tədbir keçirilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun iştirakı ilə “Milli genişzolaqlı internetin inkişafı” layihəsinə həsr olunmuş tədbir keçirilib.

Hər iki qurumun nümayəndələrinin təmsil olunduğu tədbirdə 2013-2015-ci illərdə genişzolaqlı internetin ən ucqar yaşayış məntəqələri də daxil olmaqla, hər bir evə çatdırılması ilə bağlı layihənin texniki, iqtisadi, hüquqi tərəfləri müzakirə edilib.

Həmçinin tədbirdə həyata keçiriləcək layihədən ölkə ərazisində fəaliyyət göstərən özəl operatorlar, internet provayderlərinin bərabər səviyyədə istifadəsinə lazımi şəraitin yaradılması, İKT sektorunda rəqabət mühitinin daha da yaxşılaşdırılması, eləcə də layihənin həyata keçirilməsi sahəsi üzrə idarəetmədə şəffaflığının təmin edilməsi əsas müzakirə mövzularından olub.

Tədbirdə texniki detallar bir daha təhlil edilərək, 2013-cü ildə nəzərdə tutulmuş layihələrin icrasına başlanılması ilə bağlı qərar verilib.




07/03/13    Çap et