Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” 500 milyon avro zərərə uğradı


Ötən gün Avropa Komissiyası "Microsoft" korporasiyasını 561 milyon avro məbləğində cərimələyib. Şirkətin 2009-cu ildə "Windows" əməliyyat sisteminin tərkibinə "brauzer seçim ekranı" daxil etməklə bağlı vədini yerinə yetirməməsi buna səbəb olub.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Avropa Komissiyasının nümayəndələri "Microsoft"un bu hərəkətini "çox ciddi xəta" adlandırıb.

Qeyd edək ki, Avropa Komissiyasının "Microsoft"un üzərinə qoya biləcəyi maksimum cərimə məbləği şirkətin illik dövriyyəsinin 10%-ni təşkil edir. "Brauzerin seçim ekranı" "Windows" əməliyyat sistemində 2014-cü ilədək mövcud olmalı idi.

Lakin 2012-ci ildə məlum olub ki, "Windows 7" əməliyyat sisteminin "SP1" paketində bu cür "ekran" mövcud deyil. ""Microsoft" korporasiyası bunu "texniki xəta" ilə əlaqələndirib.

Emil Hüseynov




07/03/13    Çap et