Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"YouTube” radiostansiya kimi fəaliyyət göstərəcək


2013-cü ilin üçüncü rübündə “Google” şirkətinin istifadəyə vermək istədiyi pulsuz xidmət musiqiyə axın rejimində qulaq asmağa imkan verəcək. Yeni xidmət “YouTube”-a əsaslanacaq.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “YouTube”-un yeni funksiyası sayəsində istənilən şəxs musiqiyə axın rejimində pulsuz qulaq asa biləcək.

Xidmət pulsuzdur, lakin pleyerin pəncərəsində reklam göstəriləcək. Pullu tarif planına keçməklə reklamdan xilas olmaq və əlavə imkanlar əldə etmək mümkün olacaq.

Emil Hüseynov




07/03/13    Çap et