Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nəqliyyat Nazirliyi “Elektron hökumət” portalına qoşuldu


Azərbaycan Nəqliyyat Nazirliyi "e-Gov" Elektron Xidmətlər Portalına qoşulub. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, adıçəkilən nazirlik tərəfindən təqdim edilən 4 elektron xidmət portala inteqrasiya edilib.

Beləliklə, "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının lisenziyalaşdırılması" "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə xüsusi icazənin verilməsi", "Nəqliyyat Nazirliyinin mülkiyyətində olan ümumi istifadə edilən avtomobil yollarında müvafiq işlərin görülməsi üçün texniki şərtin verilməsi" və "Rəqəmsal taxoqraf kartlarının verilməsi" xidmətləri ictimaiyyətin istifadəsinə verilib.

Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən dövlət orqanlarının "Elektron hökumət"in Dövlət İnformasiya Sisteminə (EHDİS) qoşulması prosesi dövlət orqanlarının informasiya resursları arasında mübadilənin və şəbəkələrin qarşılıqlı fəaliyyətinin təşkili, dövlət strukturlarının fəaliyyətlərinin hər bir vətəndaş üçün açıq olan şəbəkədə nazirlik və komitələr daxil olmaqla, bu qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara müraciət edə bilməsinə imkan verilməsi məqsədilə həyata keçirilir.

CAHANGİR




07/03/13    Çap et