Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalına elektron xidmətlərin inteqrasiyası davam edir


"Elektron hökumət" portalında yeniliklər davam edir. Portala daxil edilən və artıq ictimaiyyətin istifadəsinə təqdim olunan növbəti xidmət Dövlət Statistika Komitəsinə (DSK) aiddir.

Komitənin sayca üçüncü elektron olan bu xidməti "Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi" xidmətidir. Adından da göründüyü kimi, vətəndaşlar bu xidmət vasitəsilə mətbu məlumatların yayılma təqvimini əldə edə bilər.

Burada "Mətbu məlumatın adı", "Mətbu məlumatını hazırlayan şöbələrin adları", 2013-cü ilin yanvar, fevral və mart ayları üzrə göstəricilər əks olunub. Vətəndaşların istifadəsini asanlaşdırmaq məqsədilə məlumatların PDF faylında yadda saxlanılması, həmçinin bu faylın elektron poçt ünvanına göndərilməsi imkanları da nəzərə alınıb.

HƏQİQƏT




07/03/13    Çap et