Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ prezidenti kibertəhlükəsizliyi möhkəmləndirəcək
Barak Obama kritik infrastruktur obyektlərinin rəqəmli mühafizə səviyyəsinin möhkəmləndirilməsini nəzərdə tutan xüsusi fərman imzalayıb.
"ICTnews.az" elektron xəbər xidməti "securitylab.ru" saytına istinadən bildirir ki, ABŞ prezidentinin informasiya təhlükəsizliyi məsələləri üzrə xüsusi köməkçisi Maykl Deniyel "RSA" konfransında bildirib ki, ötən ayın sonunda ABŞ prezidenti Barak Obamanın kritik infrastruktur obyektlərinin informasiya təhlükəsizlik səviyyəsinin möhkəmləndirilməsi haqqında imzaladığı xüsusi fərman kibertəhlükəsizlik sahəsi üzrə gələcək qanunverici baza üçün əsas olub.
Ağ Ev nümayəndəsinin sözlərinə görə, prezident Barak Obama həm milli, həm də beynəlxalq səviyyədə informasiya təhlükəsizliyinin səviyyəsinin möhkəmləndirilməsində və zəruri tədbirlərin görülməsində şəxsən maraqlıdır. Emil Hüseynov
07/03/13 Çap et