Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nümunəvi peşə standartları ilə bağlı sayt hazırlanıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi "Sosial Müdafiənin İnkişafı Layihəsi"nin "İSCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması" tapşırığı çərçivəsində Ticarət, biznesin idarə edilməsi və fərdi xidmətlərin göstərilməsi üzrə Sahə komissiyasının növbəti iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasda layihənin veb-səhifəsinin (www.dios.az) yeni versiyası təqdim edilib. Həmçinin tədbirdə bir sıra nümunəvi peşə standartları haqqında məlumat verilərək, peşə standartlarının tətbiqinin faydalarından bəhs olunub.

HƏQİQƏT




07/03/13    Çap et