Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” köhnə “Flash” versiyalarını “qara siyahı”ya salır
İstifadəçilər "Adobe" plaqinlərini yeniləməyə məcbur olurlar. Yeni təhlükəsizlik yenilənməsinə görə, "Apple"-ın "Safari" brauzeri istifadəçilərinin yenilənməmiş "Adobe Flash" proqram təminatından istifadə etməsi əngəllənəcək.
"ICTnews.az" elektron xəbər xidməti "cert.az" saytına istinadən bildirir ki, keçən həftənin sonlarında "Apple" tərəfindən yayımlanmış bu yenilənmə "Adobe"-un hakerlər tərəfindən istismar edilən iki "Flash Player" boşluğunu qapadığı eyni həftədə buraxılmışdır.
Bu yenilənmə fevral ayının əvvəlində buraxılan başqa bir "Flash" yenilənməsi ilə də əlaqəlidir, bu boşluq istifadəçilər "Mac" əməliyyat sistemindən "Firefox" və ya "Safari" ilə bədniyyətli veb-saytlara baş çəkdikdə kompüterləri yoluxdurmaq üçün istifadə edilir.
Populyar "Adobe" proqram təminatına qarşı tez-tez istifadə edilən eksploytlara cavab olaraq "Apple"-ın təqdim etdiyi təhlükəsizlik vasitəsi "Safari" istifadəçilərinə "Flash"-ı daim yeniləməkdən savayı bir seçim vermir.
"Apple" bildirir ki, "Safari"-də "Flash" kontentinə baxmağa cəhd etdikdə "Blocked Plug"-in bildirişini görə bilərsiniz". "Safari" istifadəçiləri buradan "Flash"-ın ən son versiyasını yükləyə biləcəklər. "Apple"-ın "Flash" üçün təhlükəsizlik yenilənməsi "Mac OS X 10.6", "OS X Lion" və "OS X Mountain Lion" istifadəçilərinə təsir edir.
Emil Hüseynov
11/03/13 Çap et