Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Foxconn” zavodunda işçiləri milyonlarla robot əvəz edəcək


“Foxconn” şirkəti 3 il ərzində istehsalın avtomatlaşdırılmasını əhəmiyyətli şəkildə artırmağı planlaşdırır. Hal-hazırda korporasiyanın zavodlarında təxminən 10 min avtomatlaşdırılmış sistem istifadə olunur. 2012-ci ilədək onların sayı 300 minə qədər, 2014-cü ilədək isə 1 milyona qədər çatdırılacaq.
“Foxconn” şirkətinin rəhbəri Terri Qounun sözlərinə görə, robotlar adi əməliyyatlarda əl işini əvəz edəcəklər. Bu, istehsal səmərəliliyinin artmasına və məhsulun maya dəyərinin azalmasına gətirib çıxaracaq. “Foxconn” zavodlarında təxminən 1 milyona yaxın insan işləyir. Şirkətin ən böyük sifarişçiləri “Apple”, “Sony”, “Microsoft”, “Nokia”, “HP” və digər şirkətlərdir.


www.onliner.by




01/08/11    Çap et