Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Baktelekom” yeni kampaniyaya start verib


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Novruz Bayramı və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təqdim etdiyi bir sıra xidmətlər üzrə kampaniyaya başlayıb.

Kampaniyanın şərtlərinə görə, yeni telefon çəkilişi tarifinə 50% güzəşt tətbiq ediləcək, abunəçiyə telefon aparatı hədiyyə veriləcək, eyni zamanda mənzil telefonlarının addan-ada keçirilməsi, telefonun təhvil verilməsi barədə arayışın təqdim olunub-olunmamasından asılı olmayaraq 2 manat tariflə təmin ediləcək.

Həmçinin Bakı şəhər ərazisində daşınan İP telefon nömrəsi 20 manat tariflə çəkiləcək, genişzolaqlı internet (ADSL və ayrılmış xətt) və İPTV xidmətlərinə qoşulma ödənişsiz olacaq.

Kampaniya çərçivəsində 1÷3 Mbit/s sürətli internetə yeni qoşulan və 3 aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə 1 ay ödənişsiz internet xidməti göstəriləcək.

4÷10 Mbit/s sürətli internetə yeni qoşulan və 3 aylıq abunə haqqını əvvəlcədən ödəyən abunəçiyə isə modem və 1 ay İPTV-dən istifadə ödənişsiz təqdim ediləcək.


Qeyd edək ki, kampaniya cari il, 11 mart tarixindən 31 may tarixinədək keçirilir.

CAHANGİR




11/03/13    Çap et