Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

E-imza vәsiqәlәri sifarişçilәrә ünvanında çatdırılacaq


Vәtәndaşların elektron imza vәsiqәlәrinin әldә edilmәsi prosedurunun daha da sadәlәşdirilmәsi mәqsәdilә Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) 2012-ci ilin oktyabr ayından başlayaraq, "e-әrizә xidmәti"nin tәtbiqinə başlayıb.

Yeni xidmətin istifadəyə verilməsində mәqsәd e-imza vәsiqәlәrinin alınmasında vaxt itkisinin azaldılması, vәtәndaşın qeydiyyat mәntәqәsinә yalnız bir dәfә gәlmәsi vә qeydiyyat mәntәqәsi әmәkdaşları ilә minimum tәmasda olmasından ibarәtdir. Tәtbiq olunmuş e-әrizә xidmәtinin hüquqi şәxslәr vә dövlәt qurumlarının istifadәsinә verilmәsi artıq zamanın tәlәbinə çevrilib.

Hüquqi şәxslәrin vә dövlәt qurumlarının e-imza vәsiqәlәrinin әldә olunmasına artan tәlәbatı nәzәrә alınaraq, onların e-imza vәsiqәlәrini daha sadә qaydada әldә edә bilmәlәri üçün mövcud prosedurlar daha da sadәlәşdirilib. Bu mәqsәdlә hüquqi şәxslәr vә dövlәt qurumları üçün "e- әrizә xidmәti" proqram mәhsulu hazırlanıb. Bu proqramın kömәyi ilә istәnilәn dövlәt qurumu uniport üzәrindәn, hüquqi şәxslәr vә yerli özünüidarәetmә orqanları artıq internet üzәrindәn elektron müraciәt formasını doldurmaqla vә ödәniş etmәklә elektron imza kartı sifariş edә bilәrlәr.

Sifariş qәbul olunub e-imza kartı hazırlandıqdan sonra imza sahibi ilә әlaqә saxlanılaraq mәlumatlandırılır vә mәhsul sahibinә tәqdim olunur. Elektron xidmәtlәrdәn istifadәnin genişlәnmәsi, vәtәndaş-hökumәt, sahibkar-hökumәt münasibәtlәrinin elektronlaşması elektron imza xidmәtlәrinin daha da aktuallaşmasını zәruri edir. Mərkəzin məlumatına görə, "E-әrizә xidmәti"nin fәaliyyәtә başlaması ilә istifadәçilәr daha yüksәk keyfiyyәtli xidmәtlә tәmin olunacaqlar.

Proqram tәrәfindәn hüquqi şәxslәr üçün müqavilә, әrizә vә sәlahiyyәtli şәxsin tәyin olunması haqda әmr formaları avtomatik olaraq tәrtib olunur. Sifarişçi yalnız bu sәnәdlәri imzalayıb möhürlәyәrәk MHM-ә göndәrir. Sifarişçi e-imza vәsiqәlәrinin ödәnişini onlayn edә bilәcәk. Sifariş ödәniş aparıldıqdan dәrhal sonra qәbul olunur vә imzalanmış sәnәdlәr MHM-ә çatdıqdan sonra sifarişçiyә göndәrilir.

E-imza vәsiqәlәrinin yerindә sifarişçilәrә çatdırılması mәqsәdilә MHM ilә Xüsusi Rabitә İdarәsi arasında müqavilә bağlanıb. Hüquqi şәxslәr şәhәr vә rayon mәrkәzlәrindә bu xidmәtdәn yararlana bilәcәklәr. Xüsusi Rabitә İdarәsinin feldyegeri fәrdi qaydada ünvana çatdıqdan sonra elektron imza sahibinin şәxsiyyәtini müәyyәnlәşdirmәli vә MHM tәrәfindәn sәnәdlәrdә müәyyәn edilәn müvafiq yerlәrdә sifarişçinin imzalanmasını tәmin etmәli vә imzalanmış sәnәdlәrin nüsxәsini MHM-ә qaytarmalıdır. Sifarişçi çatdırılmaya görә әlavә ödәniş etmәyәcәk.

Yenilik istifadәçilәrә xidmәt keyfiyyәtini yüksәltmәk, dövlәt qurumlarının vә sahibkarlıq subyektlәrinin rahatlığını, elәcә dә operativliyi tәmin etmәklә yanaşı, elektron imza sertifikatlarının alınmasında yarana bilәcәk vaxt itkisinin qarşısını alacaq.

HƏQİQƏT




11/03/13    Çap et