Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda fevral ayında sürətli poçt xidmətlərinin qiymətləri artıb


Azərbaycan Dövlət Statistika Komitəsinin 2013-cü ilin fevral ayında rabitə sektorunda tariflərin dəyişməsi haqqında hesabatına əsasən sürətli poçt xidmətlərinin tarifləri artıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ay ərzində poçt və kuryer sahəsində sürətli poçt xidmətlərinin tarifləri 5,1% bahalaşıb.

Eyni zamanda rabitə sahəsində, internet rabitəsi xidmətlərinin tariflərinin 0,9% ucuzlaşması müşahidə olunub. 

AYNUR




11/03/13    Çap et