Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanla Macarıstan arasında İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq


Sabah Bakıda Macarıstan Respublikasının kənd təsərrüfatının inkişafı üzrə dövlət katibi Gyula Budainin rəhbərlik etdiyi 10 özəl şirkət nümayəndəsinin Azərbaycana səfəri gözlənilir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatına əsasən, tədbir çərçivəsində Azərbaycanla Macarıstan arasında biotexnoloji araşdırmalar, informasiya texnologiyaları sistemləri, kənd təsərrüfatı avadanlıqların istehsalı və s. sahələrdə əməkdaşlıq imkanları müzakirə ediləcək. 

AYNUR




12/03/13    Çap et