Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər Amerika siyasətçiləri və “ulduz”larının məxfi məlumatlarını internetdə yerləşdiriblər


Hakerlər Amerika siyasətçiləri və "ulduz"larının məxfi məlumatlarını internetdə açıq girişdə yerləşdiriblər. Federal Təhqiqat Bürosu (FTB) və Los-Anceles şəhərinin polisi hadisədən xəbərdar olduqlarını bildiriblər.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, hakerlərin "qurban"ları sırasında ABŞ-ın birinci xanımı Mişel Obama , FTB direktoru Robert Müller, Los-Anceles şəhərinin polis rəhbəri Çarli Bek, müğənnilər Beyons və Britni Spirs, reper Cey Zi, aktyorlar Mel Gibson və Eşton Katçer daxil olmaqla, on iki şou-biznes ulduzu var.

Həmçinin ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton və vitse-prezident Cozef Bayden siyahıya düşüb, lakin onların kredit kartlarının məlumatları və ünvanları saytda yerləşdirilməyib. Məxfi məlumatlar artıq saytdan silinib.

Emil Hüseynov




12/03/13    Çap et