Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səhiyyə Nazirliyi cari ildə 25 xidməti elektronlaşdıracaq


Nazirlər Kabineti tərəfindən Səhiyyə Nazirliyinə aid edilən 38 elektron xidmət növündən 25-i bu il hazırlanacaq və mərhələli şəkildə vətəndaşların ixtiyarına veriləcək.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə öz açıqlamasında qeyd edib. Onun sözlərinə görə, bu işlər “İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində həyata keçiriləcək.

Mərkəz direktoru qeyd edib ki, hazırda ambulator xidmət göstərən tibb müəssisələrindən həkimlərin evə çağırışı və həkim qəbuluna elektron yazılma xidmətinin hazırlıq prosesi yekun mərhələdədir. Həmçinin tibbi arayışların və ümumi reyestrdən doğum haqqında şəhadətnamənin verilməsi kimi tibbi xidmətlər də elektronlaşdırılır.

SEYMUR




12/03/13    Çap et