Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakı şəhəri və Abşeron yarımadası ərazisində radiomonitorinq işləri aparılıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin mütəxəssisləri tərəfindən TV və FM proqramlarının yaratdığı elektromaqnit sahə gərginliyinin ölçülməsi işləri davam etdirilir.

İdarədən verilən məlumata görə, bu məqsədlə Bakı şəhəri və Abşeron yarımadası ərazisində radiomonitorinq işləri aparılıb.

Radiomonitorinq zamanı Bakı “Teleqüllə”sindən yayımlanan TV və FM proqramlarının yaratdığı elektromaqnit sahə gərginliyi ölçülüb.

CAHANGİR




12/03/13    Çap et