Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Disk saxlama sistemlərinin satış həcmi cüzi artıb


“IDC” analitik şirkəti ötən ilin dördüncü rübü və ümumilikdə 2012-ci illə əlaqədar verilənlərin saxlanılması sistemləri üzrə bazarın həcmini qiymətləndirib.

“IDC” disk saxlama sistemləri adı altında kontrollerlər və birləşdirici kabellər daxil olmaqla, üç və ya daha çox disklə təchiz edilmiş qurğuları nəzərdə tutur.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, qiymətləndirmələrə görə, ötən ilin oktyabr-dekabr ayları ərzində 6,7 milyard həcmində xarici disk saxlama qurğuları satılıb ki, bu da 2011-ci ilin son rübü ilə müqayisədə 2,3% çoxdur.

Daxili disk saxlama sistemlərinin satış həcmi 8,6 milyard dollar təşkil edib ki, bu da illik hesablama üzrə 0,7% artım deməkdir. Tədarük edilmiş qurğuların ümumi tutumu 8 ekzabayt olub.

Qeyd edək ki, 1 ekzabayt 1024 petabayt və ya təxminən 1,1 milyard qiqabaytdır. 2012-ci ilin son rübündə verilənlərin saxlanılması sistemləri (xarici və daxili) üzrə ən böyük tədarükçülərin ilk üçlüyündə “EMC”, “IBM” və “Hewlett-Packard” şirkətləri yer alıb.

Emil Hüseynov




12/03/13    Çap et