Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2012-ci ildə mobil rabitə xidmətləri istifadəçilərinin sayı 14.7% artıb
2012-ci ildə Moldovada mobil rabitə xidmətləri istifadəçilərinin ümumi sayı ötən illə müqayisədə 547 min və ya 14.7% artaraq 4.26 milyondan çox olub.
"Orange Moldova", "Moldcell" və "Moldtelecom" operatorlarının elektron kommunikasiya və informasiya texnologiyaları sahəsində tənzimləmə üzrə Milli agentliyə təqdim etdikləri məlumat yuxarıda deyilənləri sübut edir.
"ICTnews.az" elektron xəbər xidməti "rbc.ru" saytına istinadən bildirir ki, şirkətlərin məlumatına əsasən, istifadəçilərin 3.6 milyonu və ya 87.8%-i mobil rabitədən aktiv istifadə edir, digərləri isə passiv istifadəçilərdir. İstifadəçilərin əksəriyyəti – 3.35 milyondan çox fiziki şəxslər, 230.8 mini isə hüquqi şəxslərdir.
Emil Hüseynov
12/03/13 Çap et