Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yardımlıda sahibkarlara elektron xidmətlərlə bağlı treninq keçirilib


Yardımlı rayonunda sahibkarlar üçün “İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” və “Biznes-planların və investisiya layihələrinin hazırlanması” mövzularında treninq keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Yardımlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının, “SWOT” təhlilin aparılması və bu sahələrdə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilmiş, “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzusunda təqdimat keçirilib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən İqtisadi İnkişaf Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, treninqdə həmçinin, nazirlik tərəfindən göstərilən elektron xidmətlər,
www. icazeler.gov.az www.b2b.az  elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

HƏQİQƏT




12/03/13    Çap et