Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakerlər Amerika bankının saytının iş fəaliyyətini bloklayıblar
Hakerlər ötən gün Amerikanın “JP Morgan Chase” bankının saytının iş fəaliyyətini bloklayıblar. “www.chase.com” saytına daxil olmaq istədikdə aşağıdakı məzmunda xəbər göstərilirdi:
"Təəssüf ki, veb-saytımız müvəqqəti olaraq əlçatmazdır, lakin mobil tətbiqlərimiz işləyir. Zəhmət olmasa, bir qədər sonra yenidən cəhd edin".
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, bankın nümayəndəsi Maykl Fuskonun sözlərinə görə, veb-sayta “DDoS” hücum həyata keçirilmişdi.
Qeyd edək ki, bu hücum kompüter serverlərini müvəqqəti olaraq sıradan çıxarır. Hələ ki tanınmış haker qruplaşmalarından heç biri kiberhücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Artıq veb-sayt öz fəaliyyətini bərpa edib.
Emil Hüseynov
13/03/13 Çap et