Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda QHT-lərin fəaliyyətini asanlaşdırmaq üçün elektron xidmətlər tətbiq olunur
Ədliyyə Nazirliyində Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində "Qeyri-kommersiya hüquqi şəxslər" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi formalaşdırılaraq istifadəyə verilib. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə adıçəkilən nazirlikdə yeni qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatlarının təsisçiləri ilə keçirilən görüşdə bildirilib.
Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq düzənlənən görüşdə qeyd olunub ki, QHT-lərin fəaliyyətinin asanlaşdırılması üçün elektron xidmətlərin tətbiqi üzrə layihələr reallaşdırılıb.
Eyni zamanda, görüş iştirakçılarına maarifləndirmə məqsədilə qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dair qanunvericiliyin tələbləri barədə məlumat verilmiş, müvafiq metodiki köməklik göstərilmiş, zəruri hallarda səlahiyyətlərinə uyğun məsələlər üzrə nazirliyin aidiyyəti qurumuna müraciət etmələri tövsiyə olunub.
SEYMUR
13/03/13 Çap et