Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda 50 təhsil müəssisəsində “Elektron məktəb” layihəsinin həyata keçirilməsinə başlanılıb


Azərbaycanda 50 təhsil müəssisəsində "Elektron məktəb" layihəsinin həyata keçirilməsinə başlanılıb, 1700 məktəb genişzolaqlı internetlə təmin edilib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, internetə qoşulmuş məktəblərin sayı 2003-cü ildəki 1,5 faizdən 2012-ci ildə 31 faizə yüksəlib: "Bu il yanvarın 1-dən Azərbaycanda bakalavriat və magistratura səviyyələrində ixtisaslar üzrə hər bir təhsil alana düşən xərclərin miqdarı da 40 faiz artırılıb. Dövlət büdcəsindən təhsilə ayrılan xərclər 2003-cü ildəki 234,8 milyon manatdan 5,6 dəfə artaraq 2012-ci ildə 1,31 milyard manata yüksəlib. Təhsil sektoruna qoyulan investisiyaların həcmi artaraq 2004-cü ildəki 24,7 milyon manatdan 787,6 milyon manata çatıb".

HƏQİQƏT




13/03/13    Çap et