Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vatikanda konklav zamanı mobil və internet əlaqədən istifadə mümkün olmayacaq


Vatikanın təhlükəsizlik xidməti Roma Papasının seçilməsi üzrə qarşıdakı konklav zamanı mobil və internet əlaqədən istifadənin qarşısını almaq üçün xüsusi qurğular quraşdırıb.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, texniki qurğuların quraşdırılması nəticəsində səsvermədə iştirak edən 115 kardinaldan heç biri telefon və ya sosial şəbəkələr vasitəsilə ətraf aləmlə əlaqə yarada bilməyəcək.

Bundan başqa, mobil və internet əlaqədən istifadənin qarşısını alan qurğular səbəbindən kardinallar və xidməti heyət informasiya almaq məqsədilə mikrofondan istifadə edə bilməyəcək.

Emil Hüseynov




13/03/13    Çap et