Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
24 il əvvəl “Ümumdünya Hörümçək Toru” yaradılıb
1989-cu il martın 13-də “Ümumdünya Hörümçək Toru” yaradılıb. Avropa Nüvə Tədqiqatları Mərkəzinin əməkdaşları Tim Berners Linin rəhbərliyi altında mərkəzin rəhbərinə “İnformasiya idarəetməsi: bəzi təkliflər” başlıqlı sənəd təqdim etmişdilər. Sənəddə “Ümumdünya Hörümçək Toru”nun (World Wide Web) əsas prinsipləri ifadə edilmişdi.
Qeyd edək ki, ilk əvvəl ABŞ-ın hərbi şəbəkəsində istifadə edilən “TCP/IP” protokolu vasitəsilə elmi informasiyanın veb-səhifələrdə hipermətnlə mübadiləsinə imkan verən mühitin yaradılması nəzərdə tutulmuşdu. Berners, həmçinin “URL”, “HTTP” protokolu və “HTML” dilini yaradıb. 1990-cı ilin oktyabrında isə ilk brauzer istifadəyə verilib.
Emil Hüseynov
13/03/13 Çap et