Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet, yoxsa televiziya?


“Nielsen” firmasının araşdırmasına əsasən, son illərdə televiziya şəbəkəsinə qoşulmaqdan imtina etmiş amerikalıların sayı iki dəfə artıb. Mütəxəssislər bunu internet üzərindən lazımi kanallara pulsuz baxmaq imkanı ilə izah edirlər.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, firmanın dərc etdiyi hesabata əsasən, son altı il ərzində televiziya şəbəkəsindən imtina etmiş ailələrin sayı iki dəfə artıb.

Hazırda ABŞ-da 5 milyon ev könüllü surətdə televiziya şəbəkəsinə qoşulmaqdan imtina edib.

Bu göstəricinin ev idarələrinin yalnız 5%-ni təşkil etməsinə baxmayaraq, televiziyadan imtina halları getdikcə böyük vüsət almağa başlayır.

“Nielsen” şirkətinin məlumatına əsasən, analoq yayımdan imtina etmiş ailələrin 48%-i televiziya kanallarına kompüter, planşet və hətta “ağıllı” telefon üzərindən baxır. Televiziya şəbəkəsinə qoşulmayan ailələrin 33%-i bildirib ki, onlar maliyyə səbəbindən belə qərar qəbul ediblər.

Xidmətdən imtina etmiş ailələrin 75%-nin televizoru var, lakin ondan “DVD” qurğuda filmlərə baxmaq və oyun konsollarının qoşulması üçün istifadə edirlər.

Emil Hüseynov




13/03/13    Çap et