Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Seagate” şirkəti rekorda imza atıb
"Seagate" şirkəti 2 milyardıncı sərt diski istehsal etdiyini bəyan edib ki, bu da bazarda mütləq rekorddur. Məlumat üçün bildirək ki, şirkət ilk sərt diskini 1980-ci ildə istehsal edib. Onun həcmi 5 MB, qiyməti isə 1500 dollar olub.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 1993-cü ilin mayında şirkət 50 milyon sərt disk tədarük edib. 1999-cu ilin aprelində sərt disk istehsalçısı verilənlərin saxlanılması üçün 250 milyon qurğu istehsal etdiyini elan etmişdi.
"IHS iSuppli" analitiklərinin proqnozuna görə, 2013-cü ildə sərt disk bazarının həcmi 32,7 milyard dollar təşkil edəcək ki, bu da ötən illə müqayisədə 11,8% azdır. 2014-cü ildə sərt disk satışlarının həcmi azalmağa davam edəcək.
Vinçester seqmentində qüvvələr nisbətinə gəlincə isə "Western Digital" tədarük və satış həcminə görə ən böyük istehsalçı olaraq qalır. Sonrakı yerlərdə "Seagate Technology" və "Toshiba" qərarlaşıb.
Emil Hüseynov
13/03/13 Çap et