Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fləş yaddaş bazarında satışlar 9%-ə enib


2011-ci ilin II rübünün nəticəsinə görə “NAND Flash” yaddaş bazarında satışlar 9%-ə enərək 4,88 milyard dollar olub. Bu barədə “DRAMeXchange” ticarət meydançası mütəxəssislərinin tədqiqat hesabatında bildirilib. Həmin dövrdə fləş yaddaş tədarükünün həcmi 7% artıb, çiplərin orta satış dəyəri isə 15%-ə düşüb. Bu isə fləş kart və daşıyıcı pərakəndə satışlarının əvvəlki kimi zəif olması ilə əlaqədardır. Ekspertlərin məlumatlarına əsasən, “Samsung Electronics” şirkəti öz liderliyini möhkəmləndirib. Cənubi Koreya nəhənginin satışları 1%, payı isə 40,1%-ə qədər artıb. Qeyd edək ki, bu istiqamətdə ikinci yeri “Toshiba” şirkəti tutub.


www.dailycomm.ru




01/08/11    Çap et