Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Erik Şmidt 6 milyon dollar həcmində bonus mükafatı alıb
"Google"-un ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasına təqdim etdiyi sənədlərə əsasən, ötən ilin yekununa görə, "Google"-un Direktorlar şurasının sədri Erik Şmidt 6 milyon dollar həcmində bonus mükafatı alıb.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, bu bonus mükafatı onun 8 milyard dollar həcmində varidatı ilə müqayisədə dənizdə bir damladır.
Xatırladaq ki, Erik Şmidt 8 il ərzində "Google" şirkətində baş direktor vəzifəsində işləyib. Hazırda bu vəzifəni şirkətin həmtəsisçisi Larri Peyc icra edir.
Emil Hüseynov
14/03/13 Çap et