Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şagirdin məktəbə mobil telefon gətirməsinə ehtiyac yoxdur?
Tədris ocağında telefondan istifadə qadağasına məktəb rəhbərləri özləri nəzarət edirlər. Bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib.
O bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi bir müddət öncə orta məktəblərdə tədris prosesi zamanı şagirdlərin mobil telefondan istifadə etməsinə qadağa qoyub. Belə bir qadağanın qoyulması isə mobil telefonun tədris prosesinə və onun keyfiyyətinə mənfi təsir göstərməsi zərurətindən yaranıb.
Z.Əliqızı qeyd edib ki, valideynlər istədikləri vaxt övladlarından xəbər almaq üçün məktəbin şəhər telefonları ilə əlaqə saxlaya bilərlər: “Belə ki, valideynlərdə məktəb direktorunun və ya müavinlərin də mobil nömrələri var.
Onlar dərs müddəti ərzində uşaqları haqqında hər bir məlumatı direktor və ya məktəbin şəhər telefonlarından öyrənə bilərlər. Buna görə şagirdin məktəbə mobil telefon gətirməsinə ehtiyac yoxdur”.
RƏVAN
14/03/13 Çap et