Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil tətbiq bazarının həcmi sürətlə artır
"J'son & Partners Consulting" şirkəti 2016-cı ilədək mobil tətbiq bazarı üzrə proqnozunu açıqlayıb. "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, qiymətləndirmələrə görə, mobil tətbiq bazarının həcmi 2009-cu ildən etibarən 25 dəfə artaraq 2012-ci ildə təxminən 7.83 milyard dollar olub.
Yaxın gələcəkdə orta illik artım tempi 70% təşkil edəcək.
2016-cı ildə mobil tətbiqlərdən təxminən 65.79 milyard gəlir əldə ediləcək. Analitiklər sosial şəbəkələrin təsir imkanlarının güclənməsi, yeni "Windows Phone 8" platformasının yaradılması, planşet kompüterlərinin nüfuzetmə səviyyəsinin artması, mobil ödəniş sisteminin inkişafı və mobil bankçılıq, həmçinin dördüncü nəsil şəbəkələrinin inkişaf etdirilməsini mobil tətbiq sahəsinin inkişafına təkan verən amillər kimi göstərib.
Emil Hüseynov
14/03/13 Çap et