Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Stiv Cobs yapon manqa komikslərinin qəhrəmanı olacaq


Yapon manqa komikslərinin səhifələrini vərəqləməklə "Apple" şirkətinin həmtəsisçilərindən biri Stiv Cobsun həyatı haqqında məlumat əldə etmək mümkün olacaq.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, martın 25-dən etibarən Yaponiyada dərc edilən "Kiss" qadın jurnalının oxucuları Stiv Cobsun bioqrafiyası ilə yaxından tanış ola biləcəklər. Manqa hər ayın sonunda hissə-hissə çıxacaq.

Komikslərin çizilməsi amerikalı jurnalist Uolter Ayzeksonun Stiv Cobs barədə yazdığı bioqrafiyaya əsaslanacaq.

Xatırladaq ki, bu manqa "Apple" şirkətinin həmtəsisçilərindən biri Stiv Cobsa həsr edilmiş ilk komiks olmayacaq. 2011-ci ildə istedadlı iş adamının vəfatından sonra dərhal onun həyat yolunu əks etdirən iki komiks işıq üzü görmüşdü.

Emil Hüseynov




14/03/13    Çap et