Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu gün “RIM” şirkətinin banisi anadan olub
1961-ci il martın 14-də Kanadanın "Research in Motion" şirkətinin banisi Mayk Lazaridis anadan olub. O, uşaqlıqdan elmlə maraqlanırdı. 1974-cü ildə Lazaridis Vaterlo Universitetinin elektrotexnika və informatika fakültəsinə daxil olsa da, lakin oranı bitirmək ona qismət olmayıb.
Çünki layihə üçün hazırladığı sifarişə görə "General Motors" şirkəti tərəfindən ayrılmış 500 min dollar həcmində qrantı alaraq öz işini qurmaq qərarı verir. Bu məbləğ və valideynlər tərəfindən göstərilmiş kiçik maliyyə dəstəyi sayəsində Lazaridis dostu Duq Freqinlə birlikdə "Research in Motion" şirkətini yaratmağa müvəffəq olur.
Onun verilənlərin simsiz ötürülməsi texnologiyasına aktiv şəkildə qoyduğu investisiyalar sayəsində "RIM" şirkəti 1999-cu ildə "Blackberry" "ağıllı" telefonu yaratmağa müvəffəq olub. Şirkətin bazarda sonrakı uğursuzluğu "RIM"-in səhmdarlarını qane etmədiyinə görə 2012-ci ildə onlar öz vəzifələrini tərk etməli olublar.
Emil Hüseynov
14/03/13 Çap et