Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əli Əhmədov: «Azərbaycan vətəndaşlarının internet resurslarından sərbəst istifadəsi üçün hər cür şərait yaradılıb»


«Azərbaycanda nə internet resurslarının, nə də "Facebook" sosial şəbəkəsinin qadağan olunması gündəmdə deyil».

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov jurnalistlərə verdiyi açıqlamasında söyləyib. O bildirib ki, Azərbaycan vətəndaşlarının internet resurslarından sərbəst istifadəsi üçün hər cür şərait yaradılıb.

Ə.Əhmədov bəzi KİV-də yayılan məlumatlara da münasibət bildirib. Onun sözlərinə görə, deputat Fəzail Ağamalının Azərbaycanda "Facebook" sosial şəbəkəsinin məhdudlaşdırılması ilə bağlı fikirləri əslində jurnalistlər tərəfindən fərqli başa düşülüb.

SEYMUR




14/03/13    Çap et