Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Reader” iyulun 1-də bağlanacaq


İnternet nəhənginin bloqunda dərc edilmiş məlumata əsasən, "RSS" axınlarına baxış xidməti "Google Reader" 2013-cü il iyulun 1-də bağlanacaq.

"ICTnews.az" elektron xəbər xidməti ""itar-tass.com" saytına istinadən bildirir ki, "Google Reader" xidməti "RSS" axınlara baxış üçün nəzərdə tutulub. 2005-ci ildə yaradılmış xidmətin populyarlığı daima azalır. İstifadəçilərə "Google Takeout" funksiyası vasitəsilə öz abunələrini xidmətdən eksport etmək təklif edilir.

Bununla belə, müasir brauzerlər RSS lentlərə baxmaq imkanı yaradır.

Emil Hüseynov




14/03/13    Çap et