Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Robot Arktikanı araşdıracaq


Amerika mühəndislərinin hazırladığı kiçik robot vasitəsilə buzlu ərazilərdə təhlükəsiz hərəkət etmək mümkün olacaq. Yeni robot ordu, elmi-tədqiqat işlərində və səyahət zamanı istifadə edilə bilər.

"ICTnews.az" elektron xəbər xidməti "rnd.cnews.ru" saytına istinadən bildirir ki, "Yeti" adlanan qeyri-adi robot "CRREL" hərbi laboratoriyası, Dartmut kolleci, Stenford Universiteti və NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının alim və mühəndisləri tərəfindən hazırlanıb.

Arktikada insan hər addımda təhlükə ilə üzləşir. "Yeti" robotu məhz bu təhlükəni minimuma endirmək üçün hazırlanıb. Onun çəkisi 81 kiloqramdır və selsi şkalası üzrə mənfi 30 dərəcə temperaturda işləyə bilir.

Bundan başqa, robot buz altında gizlənən təhlükələri aşkar etmək üçün "GPS" (koordinatın müəyyənləşdirilməsi üzrə qlobal sistem) və "GPR" adlanan xüsusi radarla təchiz edilib. Bu robot Arktika və Antarktikanın təhlükəli landşaftının araşdırılmasında istifadə olunacaq.

Emil Hüseynov




14/03/13    Çap et