Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” reklam elanlarını bloklayan tətbiqləri “Google Play” mağazasından silib


“Google” şirkəti “Android” mobil əməliyyat sistemi üçün mobil tətbiqlər mağazası “Google Play”dən reklamı bloklayan əlavələri silib.

Məsələn, mağazadan “Adblock Plus”, “AdAway” və “AdFree Android” utilitləri silinib. Adıçəkilən bu tətbiqlər pulsuzdur və brauzer, oyun və başqa proqramlarda reklam elanlarının bloklanması üçün nəzərdə tutulub.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Google” şirkəti reklamı bloklayan tətbiqlərin 4.4 bəndini pozmasını atdığı addıma səbəb kimi göstərib. “

Android” platforması üçün bir çox pulsuz tətbiqlərdə reklam elanları göstərilir. Reklamdan əldə edilən pulun müəyyən hissəsi isə tətbiqin tərtibatçısına verilir.

Emil Hüseynov




15/03/13    Çap et