Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” axtarış sisteminin bazarında lider olaraq qalır


"comScore" analitik şirkətinin məlumatına əsasən, bu ilin fevralında ABŞ-da "Google" axtarış sisteminin bazar payı 0,5% artaraq 67.5% olub.

"ICTnews.az" elektron xəbər xidməti "tasstelecom.ru" saytına istinadən bildirir ki, ABŞ-da axtarış sistemləri arasında "Microsoft"un "Bing" sistemi (16,7%) ikinci olub.

Sonrakı yerlərdə müvafiq olaraq "Yahoo!" (11.6%) və "AOL" (1.7%) qərarlaşıb. Son ay ərzində ABŞ-da 18.3 milyard axtarış sorğusu həyata keçirilib ki, bu da ötən ayla müqayisədə 6% azdır.

Sorğuların 12.3 milyardı "Google"-un, 3.05 milyardı "Microsoft"un və 2.1 milyardı "Yahoo!"-nun payına düşüb.

Emil Hüseynov




15/03/13    Çap et