Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hibrid daşıyıcı


Computex 2011 sərgisində OCZ Technology Group şirkəti çox məhsuldar daşıyıcı RevoDrive Hybrid-I təqdim edib. Bu daşıyıcıda sərt disk NAND fləş yaddaşı və ənənəvi vinçester əsasında birləşdirilib. İnformasiyanın ötürülmə sürətinin artımı üçün bufer kimi istifadə olunan SSD-modulun tutumu 60 və ya 120 QB təşkil edə bilər; sərt diskin həcmi — 500 QB və ya 1TB.
Məlumatların oxunmasının elan edilmiş sürəti 575 Mb/s-yə çatır, yazının sürəti — 500 Mb/s. Daşıyıcılar 4 KB üzrə bloklarla məlumatların sərbəst yazı rejimində saniyədə (IOPS) 30 min giriş/çıxış əməliyyatına qədər yerinə yetirməyə qadirdir.
RevoDrive Hybrid seriyasının qurğuları PCI Express x4 interfeysinə malikdir və stolüstü kompüterlərdə istifadəyə hesablanıb. Hibrid daşıyıcıların satışına iyulda başlanılacaq; 60 QB SSD-disklə olan model və 500 QB tutumla vinçester (sərt disk) təxminən 350 dollar olacaq.




01/06/11    Çap et