Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnsanlar özləri ilə daha çox mobil qurğular daşımağa başlayıb


"Sophos" şirkətinin kompüter təhlükəsizliyi üzrə ekspertlərinin araşdırmasına əsasən, insanlar özləri ilə daha çox mobil qurğular daşımağa başlayıb. Qeyd edək ki, araşdırmada Avstraliya, Kanada, Almaniya, ABŞ və Böyük Britaniyanın 2226 vətəndaşı iştirak edib.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, cihazdan asılılıq göstəricisi üzrə almanlar birinci olublar: özləri ilə orta hesabla 3,1 mobil qurğu daşıyırlar ki, onlardan da biri noutbukdur.

Bu göstərici üzrə amerikalılar ikinci, britaniyalılar və kanadalılar üçüncü yerdə qərarlaşıb.

Özü ilə 12 mobil qurğu gəzdirən respondentlərdən biri bununla da rekord təyin etmiş olub. Rəyi soruşulanların 85%-də "ağıllı" telefon, 29%-də isə rider istifadəçisi olub.

Emil Hüseynov




15/03/13    Çap et