Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu il ABŞ-da internetdən alver edənlərin sayı 4 milyon nəfər artacaq
“Forrester Research” tədqiqat şirkətinin məlumatına əsasən, 2013-cü ilin yekununa görə, ABŞ-da elektron ticarətin həcmi 262 milyard dollar olacaq ki, bu da ötən ilin göstəricisindən 13,4% çoxdur. Analitik şirkətin proqnozuna əsasən, 2017-ci ilədək ABŞ-da internet üzərindən edilən satışların həcmi bütün satış həcminin təxminən 10%-ni və ya 370 milyard dollar təşkil edəcək.
Araşdırma əsasında məlum olub ki, bu il ABŞ-da yalnız 4 milyon yeni onlayn müştəri olacaq.
“ICTnews.az” elektron xəbər xidməti “tasstelecom.ru” saytına istinadən bildirir ki, internet üzərindən həyata keçirilən satışların həcminin artması ənənəvi mağazalar şəbəkəsinin elektron kommersiya sahəsinə sərmayə qoyuluşu ilə izah olunur. Onlar planşet və ya “ağıllı” telefon vasitəsilə şopinq etməyin rahatlığı səbəbindən mobil seqmenti inkişaf etdirmək üçün də səy göstərirlər.
“Forrester”in proqnozuna əsasən, Qərbi Avropada internet üzərindən edilən satışların həcmi 14.3% artacaq. 2017-ci ilədək Avropa Birliyinin 17 ölkəsində elektron ticarətin həcmi 247.1 milyard dollar təşkil edəcək.
Avropada satışların həcminin artması, həmçinin ənənəvi mağazalar şəbəkəsinin və məhsul istehsalçılarının elektron kommersiya sahəsinə sərmayə qoyuluşu ilə izah edilir.
Emil Hüseynov
15/03/13 Çap et