Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Müasir elmin aktual problemləri” Respublika elmi konfransı keçiriləcək


Azərbaycan Respublikası Təhsil Nazirliyi, Lənkəran Dövlət Universiteti AMEA Lənkəran Regional Elm Mərkəzi ilə birgə 10-11 may 2013-cü il tarixlərində "Müasir elmin aktual problemləri" Respublika elmi konfransını keçirəcək. Konfransa bağlı, Tezislərin tərtib olunma qaydalarını təqdim edirik.

Tezislərin tərtib olunma qaydaları:

Tezisin adı, müəllifin SAA, iş yeri.

Tezislər 1 səhifədən çox olmamalıdır.

Format: A4,

soldan və sağdan 20 mm,

yuxarıdan və aşağıdan 25 mm,

şriftin ölçüsü - 12 pt,

şrift – "Times New Roman" (Az),

sətirarası interval - 1.0.

Tezislər 2 nüsxədə və CD-də təqdim olunmalıdır. Nüsxələrdən birində müəllifin imzası və əlaqə telefonları olmalıdır.

Tezislər "conference@lsu.edu.az" ünvanına göndərilə bilər. Qəbul edilməyən tezislər geri qaytarılmır.
Bundan başqa, konfrans materialları müəlliflərin hesabına çap olunacaq.

Təşkilat Komitəsinin ünvanı: AZ4200, Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı 50.

Lənkəran Dövlət Universiteti: " www.lsu.edu.az"

tel: (02525) 5-25-59, faks: (02525) 5-27-86.




15/03/13    Çap et