Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Predmetləri qartal kimi ovlayan robot təqdim edilib (VİDEO)
Castin Tomas və onun Pensilvaniya Universitetindəki həmkarlarının hazırladığı avtomatlaşdırılmış tutma həlli sayəsində kvadrolyotlar predmetləri qartal kimi ovlaya bilir.
"ICTnews.az" elektron xəbər xidməti "computerra.ru" saytına istinadən bildirir ki, mühəndislər "3D" printerdə çap edilmiş caynaqları on santimetrlik robot ayağa birləşdiriblər. Kvadrolyot predmeti tutduqdan sonra eynilə qartal kimi öz "ayaq"larını geriyə doğru aparır ki, hərəkət sürət zəifləməsin.